Fəzail Ağamalı Vətən Müharibəsi qəhrəmanının anım mərasimində iştirak etdi — FOTOLAR

GÜNDƏM 20 okt 2021, 10:33
44 Günlük Vətən Müharibəsində böyük igidlik və rəşadət göstərən Vətən Müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun Şəhadətinin il dönümünü ilə əlaqədar Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən mərasimdə iştirak etdim. Mərasimdə qəhrəmanımızın anası, həyat yoldaşı, bacısı, qardşaları və digər ailə üzvləri də Salyan camaatı ilə bərabər iştirak edirdi. 

Demokrat.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

"Salyan rayonunun Marışlı kəndində doğulan Sübhan Cəbrayılov ömrünün 20 ilə yaxınını Silahlı Qüvvələrimizdə və onun Xüsusi Təyinatlı Qüvvələrində xidmət göstərmişdi. Aprel döyüşlərində də igidlik göstərməklə döyüş yoldaşlarına nümunə olan Sübhan Cəbrayılov Vətən Müharibəsində 19 Oktyabradək ağır döyüşlərdə fədakarlıqla vuruşmuş və 30 yaşayış məntəqəsinin alınmasında misilsiz rəşadət nümayiş etdirmişdir. Ağır və qeyri - bərabər döyüşlərin birində bir neçə döyüş yoldaşı ilə Şəhadətə qovuşmuşdur. Göstərdiyi igidliyə görə Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev tərəfindən çox saylı medallarla və Vətən Müharibəsinin Qəhrəmanı kimi  yüksək adla təltif olunmuşdur", deyə Fəzail Ağamalı qeyd edib. 

Partiya sədri sonda vurğulayıb: "Mərasimdə iştrak edənlər rəşadətli ordumuzun 44 günlük qəhrəmanlığından, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətindən, diplomatik bacarığından Xalqımızın müharibədə ordumuzla, dövlətimizlə və dövlət başçımızla bərabər olmasının yaratdığı vahid və bölünməz cəmiyyətin müharibədə oynadığı mühülm roldan bəhs etmişlər. Mərasimdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Millət Vəkili Jalə Əhmədova, ölkəmizin tanınmış şəxslərindən, Azərbayacan Respublikası xalq artisi Nurəddin Mehdixanlı və öz səfərbəredici qeyri - adi səsi ilə əsgərlərimizi hər zaman döyüşə ruhlandıran, vətənprəvər Şəmistan Əlizamanlının çıxışları dinlənildi. Hər bir çıxışçı Şəhidlərimizin ruhuna dualar oxudu, qazilərimizə can sağlığı dilədi".

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 13 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top