Bərdədə küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? — RƏSMİ

HADİSƏ 19 okt 2021, 15:39
Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda döyülmüş halda tapılan azyaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək Rayon Polis Şöbəsinə gətirilib:

“Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib. Azyaşlı himayəsində yaşadığı bibisinə təhvil verilib”.

Qeyd edək ki, yayılan məlumatlara görə, tapılan uşağın anası və atası tərəfindən döyülərək küçəyə atıldığı iddia edilirdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top