Qarabağda aparılan monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olundu

SOSİAL 16 okt 2021, 13:55
“30 il ərzində Azərbaycan ekologiya ilə bağlı üzv olduğu komissiyanın üzvlərinə Qarabağdakı ekoloji vəziyyətlə bağlı müraciət edilsə də, heç bir nəticə əldə edilməyib”.

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O xatırladıb ki, işğal dövründə Azərbaycanın 100 min ha ərazisi yanğına məruz qalıb: “Yanğın nəticəsində orada olan bitki, fauna və flora tamamilə məhv olub. Həmin ərazilərdə təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik. Orada monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub. Bununla bağlı cinayət işi açılacaq. Ermənistan törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquqi müstəvidə cavab verməli olacaq”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top