Türkiyə səfiri: “Diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq”

GÜNDƏM 16 okt 2021, 12:11
“Azərbaycandakı diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviter paylaşımında yazıb.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb.

Diplomatları və media təmsilçilərini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.

Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top