Bakının mərkəzində ticarət obyektlərində baş verən yanğın söndürüldü — YENİLƏNİB

HADİSƏ 16 okt 2021, 10:45
Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerindəki əməkdaşı xəbər verir ki, hazırda baş vermiş yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

X X X

"Yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobili və Fövqəladə Hallar Nazirliyinin (FHN0 105 əməkdaşı cəlb olunub".

"Report" xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb: "Obyektlərə telefon, parça mağazaları və digər müxtəliftəyinatlı obyektlər daxildir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın həm daxildən, həm də xaricdən hazırda tam lokallaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"


***09:22

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 


“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir. 

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. 

 

 

 




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top