Rusiya Monteneqrodan Telman İsmayılovun ekstradisiyasını istədi

HADİSƏ 15 okt 2021, 15:39
Rusiya Federasiyasının Baş Prokurorluğu azərbaycanlı biznesmen Telman İsmayılovun ekstradisiyası üçün Monteneqroya sorğu göndərib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 7-dən etibarən T.İsmayılovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Federasiyasına ekstradisiyası ilə bağlı müraciət diplomatik kanallar vasitəsilə Monteneqronun Ədliyyə, İnsan haqları və Azlıqların Hüquqları Nazirliyinə göndərilib.

Bundan əvvəl T.İsmayılovun vəkili Marina Rusakova bildirmişdi ki, Podqoritsa məhkəməsi noyabrın 12-də müvəkkilinin siyasi sığınacaq verilməsi ilə bağlı ərizəsinə baxacaq.

Xatırladaq ki, biznesmen oktyabrın 2-də Podqoritsa məhkəməsi tərəfindən həbs edilib, onun vəkilləri qərardan apellyasiya şikayəti verib.

O da qeyd olunur ki, T.İsmayılovun Rusiya səlahiyyətlilərinə təhvil verilməsi tələbi, həbs edildiyi gündən 40 gündən gec olmayaraq alınmalıdır, əks halda o, sərbəst buraxılacaq.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top