İlon Mask təyyarələri internetlə təmin edəcək

DÜNYA 14 okt 2021, 23:58
“Starlink” peyk interneti şəbəkəsinin qurucusu İlon Mask aviaşirkətlərlə danışıqlar aparır.

Bu barədə o, özünün sosial şəbəkə səhifəsində istifadəçilərin suallarını cavablandırarkən məlumat verib.

Mask hazırda təyyarələrin peyk internetilə təchiz edilməsi barədə aviadaşıyıcılarla danışıqlar aparıldığını bildirib. O, sözügedən təşəbbüsü bəyəndikləri təqdirdə bu barədə həmin şirkətlərə məlumat verməyi istifadəçilərdən xahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top