Bu ölkələrdə COVID vaksinasiyası aparılmayıb


DÜNYA 13 okt 2021, 23:57
Dünya ölkələrində koronavirus pandemiyasının artıq 19 aydır davam etməsinə baxmayaraq, bəzi ölkələrdə COVID vaksinasiyaya hələ də start verilməyib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən ənənəvi brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, hazırda yalnız üç ölkə vaksinasiya prosesindən kənarda qalıb.

Bunlar Burundi, Eritreya və Şimali Koreyadır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top