"İçkili olmuşam, peşmanam" — 1 yaşlı oğlunu öldürən ata danışdı

KRİMİNAL 12 oktyabr 2021, 17:30
Bakıda azyaşlı oğlunu boğaraq öldürməkdə təqsirli bilinən Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Vüsal Əliyev daha əvvəl məhkumluq həyatı yaşamayıb. O, hadisə zamanı içkili olub. Vüsal Əliyev baş verən hadisədən peşman olduğunu, özündə olmadığını, bilmədən belə bir əməl törətdiyini deyib. 

Məhkəmə baxışı gələn həftəyə təyin olunub.

İttiham görə, bu ilin mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Vüsal Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top