Din xadimlərindən İranın təxribatlarına cavab: “Azərbaycana qarşı olanlar cildə girən ermənilərdi”

GÜNDƏM 11 okt 2021, 18:51
İranın müxtəlif dairələrinin təxribatı ucbatından ölkəmizlə xeyli müddətdir davam edən gərginlik yenə cənub qonşumuzun artan təxribatları sayəsində gündən-günə pisləşməkdə davam edir.
 
Siyasi müstəvidə İran təxribatlarına ciddi cavablar verilsə də, təəssüf ki, dini müstəvidə irad bildirilmir. Halbuki Azərbaycana qarşı təxribat ilkin olaraq dini müstəvidə edildi.
 
Azərbaycanla eyni dinə mənsub olan İran dövlətinin bu cür düşmənçiliyi din xadimləri tərəfindən tənqid edilməli olduğu halda bu cəbhədə sakitlik hökm sürür. Doğrudanmı baş verənlərin azərbaycandakı dindarlara heç bir dəxli yoxdur?
 
Əslində onlar susmaqla az qala Azərbayucana qarşı olan təxribatlara dəstək vermiş olurlar.
 
Bundan əvvəl məsələ ilə bağlı müraciət etdiyimiz din adamları dolayısıyla suallarımızı cavablandırmadılar.
 
Bu dəfə isə başqa dini xadimlərə müraciət etdik.
 
Bibiheybət məscidinin axundu Rahib Babayev düşünür ki, hər bir vətəndaş, eyni zamanda dindar üçün Azərbaycan əsasdır: "Həmişə ölkəmizin yanında olmuşuq. Dini, siyasi məqamlarda ölkə başçısının, Ali Baş Komandanın qərarlarını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Ümid edirəm ki, zaman göstərəcək, ölkə Prezidentinin də düşünülmüş siyasəti nəticəsində İranla gərginlik həllini tapacaq. Biz ölkəmizə qarşı yönələn bütün təxribatları pisləyirik".
 
Cəlilabad şəhər Cümə məscidinin axundu Hacı Mahmud Əsgərov da hər bir din xadiminin xidmət etdiyi dövlətin daxili və xarici siyasətini dəstəkləməli olduğunu söyləyib: "Biz azərbaycanlıyıq, bir vətəndaş kimi dövlətimizin bütün siyasətini dəstəkləyirik. Bu bizim üçün bu, həm maraqlıdır, həm də önəmlidir. Vətəndaş olaraq İranın bu hərəkətlərini pisləyirik".
 
Gəncə şəhər Həzrəti Zeynəb Məscidi dini icmasının sədri Rəhilə Cəfərova deyir ki, İranda Azərbaycana qarşı mənfi münasibət formalaşdıran düşmənlər var: "Həmin şəxslər müsəlman ola bilməz. Yəqin ki, farsların içərisində cildə girən ermənilərdir. Oradakı soydaşlarımız belə təxribatlardan əziyyət çəkməməlidirlər. İslam dinində din qardaşına qarşı düşmənçilik lənətlənir. Azərbaycana qarşı, müsəlmanlara qarşı çıxanlar utansınlar. İranda məncə, ermənilər həddindən çoxdur, bu işlər də onların təxribatdır".
 
Quba şəhər Cümə məscidinin imamı Ənvər Həmdi Seyidov düşünür ki, farsların içərisində olan erməni əsillilər İranın bu cür təxribatlarında aparıcı rol oynayır: "İranda bizim soydaşlarımız yaşayır, onların Azərbaycana münasibətində mənfi yanaşma ola bilməz. İran və Azərbaycan arasında münasibətləri pisləşdirən farslardır. İranın Azərbaycanı gözü götürmür. Farsların bizə qarşı münasibəti inanmıram yaxşı olsun. Amma İslam dini sülhü və bərabərliyi təbliğ edir. Ümid edirəm ki, İran təxribatlarından əl çəkər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top