Ağsuda növbəti “patı” əməliyyatı

SOSİAL 10 oktyabr 2021, 14:15

Ağsu Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top