Konqoda gəmi batdı — 51 nəfər öldü

DÜNYA 09 okt 2021, 21:17
Konqo Demokratik Respublikasının şimal qərbində yerləşən Konqo çayında gəminin batması nəticəsində yüzdən çox insan ölüb və ya itkin düşüb.

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ölkənin Monqal əyalətinin nümayəndəsi Nestor Maqbado bildirib.

Onun sözlərinə görə, çaydan 51 nəfərin meyiti çıxarılıb, 69 nəfər itkin düşüb.

Yerli hakimiyyət gəmi qəzasında ölənlərin xatirəsini yad etmək üçün oktyabrın 11-dən 3 günlük matəm elan edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top