Abşeronda şəhidlərə il mərasimi keçirildi — FOTOLAR

SOSİAL 09 okt 2021, 14:55
II Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Mustafayev Nurlan Hamlet oğlu, kapitan Əliyev Fəzail Cahan oğlu və əsgər Sadıqov Rəsul Həşim oğlunun il mərasimləri ilə əlaqədar onların ailə üzvlərinə baş çəkilib. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlərimizin yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb, qayğıları və problemləri ilə maraqlanılıb.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Bir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər şəkili ola bilərBir 5 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, oturan insanlar, kostyum və içəridə şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top