İrlandiya millisinin iki futbolçusu Bakıda xəstəlikləri səbəbindən təcrid olundu

İDMAN 08 oktyabr 2021, 16:44
İrlandiya yığmasının iki futbolçusu Adam İda və Ceyson Nayt Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununu buraxa bilər.

Demokrat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Kenni "otbsports.com" saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, oyunçuların qızdırma səbəbindən sabahkı matçda iştirakı sual altına düşüb. Kenninin sözlərinə görə, onlardan götürülmüş koronavirus testinin nəticəsi mənfi çıxıb: "Yəqin, bu, səfərdən qaynaqlanan problemdir. Hər ikisinin yüksək hərarəti var və öz otaqlarında təcrid olunublar. Sadəcə, Nayt özünü daha pis hiss edir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top