Salyan şəhidlərinin xatirəsinə həsr edilən inşa müsabiqəsi keçirildi — FOTOLAR

SOSİAL 08 okt 2021, 15:45
Oktyabrın 1-dən 8-dək Salyan şəhidlərinin əziz xatirəsini yad etmək, Vətən  uğrunda  canlarından  keçmiş  şəhidlərimizin  xatirəsini əbədiləşdirmək  və  İstedadlı, yaradıcı gəncləri üzə çıxarmaq  məqsədi ilə Salyan rayon Gənclər və İdman  İdarəsi və  Salyan  rayon  Təhsil  Şöbəsinin  birgə  təşkilatçılığı  ilə karantin rejimi qaydalarına riayət edilməklə  Salyan  şəhər 2  saylı  tam  orta  məktəbin  kitabxanasında  Salyan  şəhidlərinin  xatirəsinə  həsr edilmiş “Dəmir Yumruq” adlı inşa müsabiqəsi  keçirilib.

İlk  öncə  torpaqlarımızın bütövlüyü  uğrunda  canlarından  keçmiş  şəhidlərimizin  əziz  xatirəsi  bir dəqiqəlik  sükutla  yad  edilib. 
  
Müsabiqə  iştirakçıları  paylanılmış  xüsusi  vərəqlərdə  2  saat  vaxt  ərzində  inşa  yazı işlərini  yazaraq  tamamlayıblar.

İnşa müsabiqəsində yazılmış əlyazmalar münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra oktyabr 8-də  müsabiqəyə yekun vurulub.

Yekun  nəticədə  müsabiqədə  III  yeri  İsmayılova  Ceyran  Salyan  şəhər 9  saylı tam orta məktəbin  şagirdi,  II yeri  Nəzərova  Zeynəb Salyan  rayon  Dayıkənd  kənd  tam orta  məktəbin  şagirdi,  I  yeri  isə  Hüseynova  Firuzə   Salyan şəhər  6  saylı  tam  orta məktəbin  şagirdi  tutub.  Hüseynova  Ləman Salyan rayon  Marışlı kənd tam  orta  məktəbin  şagirdi, Xudaverdiyev  Ramin  Salyan  şəhər  1  saylı  tam  orta  məktəbin  şagirdi   İnşa  yazı  müsabiqəsinin  fərqlənmiş  iştirakçıları  seçiliblər.  

Qalibləri  təltif edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz  Hüseynov  tədbir iştirakçılarını salamlayaraq müsabiqənin keçirilmə məqsədlərindən danışıb. Bildirib ki, vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərib. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Şəhidlərimizin  xatirəsi  əbədi olaraq xalqımızın qəhrəmanlıq salnaməsində  yaşayacaq.

Qaliblər və müsabiqənin fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top