Salyan Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

GÜNDƏM 07 okt 2021, 13:03
Salyan Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub. 

“Report”un Aran bürosunun məlumatına görə, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.

Qeyd edək ki, X.Piriyev 5 ildən artıq idi Salyan Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi.

R.Dadaşova isə bundan öncə Salyan rayon Peşə liseyinin direktoru vəzifəsində çalışıb.

Salyan Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
Dadaşova Razıgül

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top