Müxalifət və iqtidaryönlü partiyaların Şuşaya səfəri başladı


QARABAĞ 07 okt 2021, 10:50
Siyasi partiya təmsilçilərinin Şuşaya səfəri başlayıb.

Bu barədə Ümid Partiyasının sədr müavini Tamilla Qulami məlumat verib. O qeyd edib ki, partiya təmsilçiləri artıq yola düşüblər:

“Səfərə 50-dən çox siyasi partiya nümayəndəsi qatılıb. Ümumilikdə, səfərdə 80-90 nəfərə  yaxın adam iştirak edir. Siyasi partiya rəhbərləri ilə birlikdə politoloqlar, media nümayəndələri də bizimlədir.

Bildiyiniz kimi, Şuşa səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə planlaşdırılmışdı. Hələlik səfər planına görə, Şuşadakı tarixi və dini yerləri ziyarət edəcəyik. Daha ətraflı məlumatları şəhərə çatdıqdan sonra dəqiq paylaşa bilərik”.

Xatırladaq ki, bu, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə azad edilmiş ərazilərə edilən növbəti səfərdir. Daha öncə siyasi partiya nümayəndələri Ağdam şəhərini ziyarət etmişdilər.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top