Azərbaycan XİN Pakistana başsağlığı verdi

XARİCİ SİYASƏT 07 okt 2021, 10:53
Azərbaycanın Xarici İşlər Nazirliyi baş vermiş zəlzələ ilə bağlı Pakistana başsağlığı verib.

Demokrat.az xəbər verir ki, başsağlığı ilə bağlı yazı nazirliyin rəsmi tviter səhifəsində paylaşılıb.

“Pakistanın Bəlucistan vilayətində zəlzələnin baş verməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, gecə saatlarında Pakistan ərazisində 5,7 bal gücündə zəlzələ baş verib. Yerlatı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan zərər çəkib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top