"ASAN Könüllüləri" səfir Cahit Bağçı ilə görüşüblər — FOTO

SOSİAL 06 okt 2021, 20:54
"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və "Diplomatiya Könüllüləri"nin tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "ASAN Könüllülərinin Diplomatiya Günləri" layihəsi çərçivəsində görüşlərimiz davam edir.

Növbəti görüş Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə baş tutub.

“Şuşa və Bakı bəyənnamələrinin tarixi və hüquqi əhəmiyyəti: Yeni reallıqlar” mövzusunda baş tutan görüşdə hər iki bəyannamənin regiona təsiri haqqında müzakirələr aparılıb.

Cənab səfir Şuşa Bəyannaməsinin, həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu bildirib. Həmçinin bəyannamədə bir çox önəmli məsələlərin o cümlədən siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox sahələrin əhatə olunduğunu qeyd etdi.

Eyni zamanda Bakı Bəyannaməsinin ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcəyini bildirildi.

Sonda isə iştirakçıların sualları cavablandırılıb.

Görüş üçün cənab səfirimizə təşəkkür edirik!

Bir 8 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 1 kişi ve ayakta görseli olabilir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top