Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

İNFRASTRUKTUR 06 okt 2021, 16:18
Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, oktyabr 8-dən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşfiqabad qəsəbəsi - “20 Yanvar” m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top