Abşeronda şəhid Ülvi Rəhimov yad edilib — FOTO

SOSİAL 05 okt 2021, 19:05
II Qarabağ müharibəsi zamanı silaha sarılaraq vətənimizin bütövlüyü uğrunda canından keçən igid oğullarımızdan biri də Rəhimov Ülvi Rahib oğludur.

Keçən ilin bu günündə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Ülvi Rəhimovun Abşeron rayonunun Məmmədli kəndində il mərasimi keçirilib.

Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, önünə tər çiçəklər düzülərək dualar oxunub. 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra şəhidimizin adının əbədiləşdirilməsi məqsədi ilə inşa olunan abidə-bulaq kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Şagirdlər vətənpərvərlik şeirləri səsləndiriblər. 

Bundan sonra isə Məmmədli kəndindəki Şəhidlər Abidəsi ziyarət olunaraq, ruhlarına dualar oxunub. 

RİH başçısı İ.Gülməmmədova şəhid Ülvi Rəhimovun ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 

Allah rəhmət eləsin. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top