Anar Kərimov: "Ermənistanın Azərbaycan mədəniyyətini mənimsəmə səyləri nəticəsiz qalacaq"

MƏDƏNİYYƏT 05 okt 2021, 17:42
"Qarabağı işğaldan azad etdik, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ancaq mədəniyyət sahəsində mübarizəmiz hələ də davam edir".

Demokrat.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik: "Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir. Ermənistanın Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkə olub. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi davam etdirəcək".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top