"Şeyx məni təhqir etsə də...” — Qudası ilə Allahşükür Paşazadənin dostluğu POZULUB?

GÜNDƏM 05 okt 2021, 16:57
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə qudası, sabiq deputat Qalib Salahzadə arasındakı münasibətlərin pozulduğuna dair məlumat yayılıb. İddia olunur ki, Şeyxlə hacı Qalib küsülüdürlər, danışmırlar.

Demokrat.az xəbər verir ki, Hacı Qalib Salahzadə Allahşükür Paşazadə ilə münasibətlərinin uzun illərə dayandığını və heç bir zaman dostluqlarının pozula bilməyəcəyini deyib:

“Mən şeyxlə 40 ilə yaxındır ki, dostluq edirəm. Bizim dostluğumuz 1985-ci ildən bəri öz möhkəmliyini qoruyur. Mən bir adama “dost” dedimsə, sözümün üstündə dururam.

Yeri gəlsə, Şeyx məni təhqir də etsə, acı söz də desə, bizim aramızda qalmaqal olmaz, olmuyacaq da. Mən dostlarıma görə bunları udan adamam”.

Eks-deputat bildirib ki, yayılan məlumatların hamısı Şeyxi nüfuzdan salmaq xarakteri daşıyır:

“Əlbəttə, Şeyxlə qohum olduqdan sonra münasibətlərimiz daha da yaxınlaşdı. Yayılan məlumatların hamısı yalandır. Bu məlumatları həm Şeyxi, həm də məni nüfuzdan salmaq və aramızda qalmaqal yaratmaq üçün yayıblar. Amma bizim dostluğumuz illərə dayanır, heç kim arada qalmaqal yarada bilməz”.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top