Qaraçının qeyri-qanuni oğlu və bir qorxağın keçmişi — Serjik əslində kimdir?

SOSİAL MEDİA 05 okt 2021, 00:09
Prezident İlham Əliyev Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımının müəlliflərindən olan Serj Sarkisyanın gerçək kimliyini açıqladı: oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari və s;

Prezident həm də Serj Sarkisyanın əsl adını da açıqladı və məlum oldu ki, oğru, cinayətkar, saxtalar, xain, satqın, fərari olan Serjin əslində adı Serjik olub.

Və bu, Serjikin adını niyə dəyişdirməsindən tutmuş gerçək kimliyinə qədər bir çox sualı gündəmə gətirdi.

Serj Sarkisyan əslində kim idi? Bu suala cavab tapmağa çalışacağıq.

Hər şey bir neçə il öncə - o zaman Sarkiyan prezident idi – Serjin komsomol biletinin fotosunun sosial şəbəkələrdə yayılması ilə ortaya çıxdı.

N 12000631 saylı komsomol bileti Sarkisyana 1982-ci ildə verilib. Biletdə 1954-cü ildə doğulan Sərkisyanın adı Serjik olaraq göstərilir, “atasının adı” qrafası isə boş buraxılıb. Bununla yanaşı, Xankəndində doğulan Sarkisyanın doğulduğu yerin Ağdam göstərilməsi və onun komsomol biletini SSRİ-də qaydalara uyğun olaraq 14 yaşında yox, 28 yaşında alması müəmmalarını daha da artırır.

Bu fakt “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktovun “48 dəqiqə” verilişinin 2009-cu il 22 aprel tarixli buraxılışını yada saldı. Venediktov Serj Sarkisyanın əsil adının Serj yox, Serjik olduğunu açıqlayırdı. Və qeyd edirdi ki, Serjikin anası yezididir və qaraçı ailəsində xidmətçi işləyərkən, Serjikə hamilə qalıb. Əsil atasının kimliyi indiyə qədər məlum deyil, o, soyadını atalığından götürüb.

Venediktov Levon adlı şəxsin SMS-ni oxumuşdu. Orda yazılmışdı: “Əvvəla, Serj yox, Serjik. O, Ermənistanın prezidenti deyil, heç mənşəcə erməni də deyil, qaraçıdır, hakimiyyəti isə qəsb edib. Diktator və ondan da artığıdır. Sarkisyan qatildir, onun Monte Melkonyanın da qətlində əli olduğu bildirilir. Ola bilsin ki, Melkonyanı şəxsən kürəyindən güllələyib”.

Daha sonra Venediktov digər məqama diqqət çəkib: “Sarkisyan 1954-cü il 30 iyunda anadan olub. Atası İrəvan əsillidir, repressiya olunub. Görünür, o, Xankəndində gizlənirmiş və buna görə də Serjik ata adını komsomol biletində göstərməyib”.

Venediktov deyirdi ki, Sarkisyan Xankəndi şəhər komsomol komitəsinin katibi işləyib, ikinci katibi isə Robert Köçəryan olub. Daha sonra Sarkisyan Kommunist Partiyası “Dağlıq Qarabağ vilayət komitəsi” birinci katibinin köməkçisi kimi çalışıb.

Serjikin anası, Yevlax, Ağdam və Xankəndində “adi toxucu” işləmiş Nora da uşaqlarının Azat Sarkisyan, yoxsa Xankəndidə yaşamış və müəmmalı şəkildə ölən Roman adlı qaraçı olması barədə iddiaları cavablandırmır. Qarabağdakı ermənilər bildirirdilər ki, Serj, Levon və Aleksandr Sarkisyanların gerçək ataları dəmirçi işləmiş Azat Sarkisyan yox, 37 yaşında ölən qaraçı Romandır. Hətta Sarkisyanın qarışıq qana sahib olduğu üçün ermənilərə nifrət etdiyini də danışırlar.

Qaraçının “bic balası” necə ermənilərin ağası oldu?

I Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında, azərbaycanlılara qarşı soyqırımı aktlarında iştirak edən, vaxtilə çörəyini yediyi Azərbaycana da xəyanət edən Sarkisyan tökdüyü qan üzərində karyera pilləsinə yüksəldi: 1989-93-cü illərdə Xankəndidəki separatçl-terrorçu rejimin qondarma “müdafiə naziri” oldu; 1995-ci ildə Ermənistanın müdafiə naziri oldu; 1995-96-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri oldu; 1996-99-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri oldu; 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işlədi. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistanın prezidenti oldu;

1998-ci ildə Levon Ter-Petrosyanı devirən “Qarabağ klanı” hakimiyyətə Robert Koçaryanı gətirdi, Koçaryan da Sarkisyanı müdafiə naziri postuna çəkdi.

Sarkisyanın tərcümeyi-halı da göstərir ki, Prezident İlham Əliyevin “Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir” sözləri faktlara əsaslanır.

44 günlük müharibədə Azərbaycan Ordusunun darmadağın etdiyi erməni hərbi birləşmələrinin baş memearı Sarkisyan olub.

Serjikin ağalıq dövrü

Sarkisyan prezident seçiləndən sonra onu karyera pilləsində yüksəldən Robert Koçaryana da xəyanət etdi. Koçaryan faktiki olaraq, bütün imkanlardan məhrum edildi və belə demək mümkünsə, öz “qınına çəkilməyə” məcbur oldu.

Sarkisyanın prezident olduğu dövrdə ermənilərin başına açdığı müsibətlər məşhurdur. Onun 2018-ci ildə devrilməsi, Paşinyanın hakimiyyətə gəlişi, müharibədə məğlub olmasına baxmayaraq, ermənilərin 2021-ci ilin parlament seçkilərində də Paşinyanı dəstəkləməsi Sarkisyanın miras qoyduğu acınacaqlı keçmişdən qaynaqlanırdı.

Serjikin prezidentlik dövründə ölkədəki zavodları sataraq, pulunu ABŞ-da ipoteka və mənzil bazarına qoydu. Bu pullara qardaşı Saşik Sarkisyan nəzarət edir.

Məlumatlara görə, Sarkiyan prezident olanda bütün iri kompaniyalara haqq qoyub. İri şirkətlərin pay bölgüsü 40/60 nisbətinədir: Sarkisyanın payı 40 faiz, qalan 60 faiz vergi ilə birlikdə şirkət sahibinin;

Sarkisyan bu məlumatlara münasibət bildirərkən iddia edirdi ki, aldığı 40 faiz haqqı silah-sursat almağa sərf edir, lakin bu günlərdə Ermənistanda məhz silah alışı ilə bağlı aparılan istintaq prosesi nəinki şirkətlərdən alınan 40 faizin, hətta dövlət büdcəsindən ayrılan vəsaitlərin də mənimsənildiyini sübut edir.

Digər faktlardan biri isə Sarkisyanın pul dövriyyəsi ilə bağlıdır: bu mexanizmdə Vatikanda bir qrup adam, ukraynalı nazir Avakov və rusiyalı milyarder Ruben Vardanyanın (Ameriabank) iştirakı ilə bağlı məlumatlar var idi; sxemin sahibi isə Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan olub;

Qumarbaz prezident

Sarkisyanın qumar xəstəliyinin olduğu Avropada da məşhur idi. Avropa Şurası Parlament Assambleyasının payız sessiyalarının birində Sarkisyan çıxış edərkən, erməni deputat Zaruhi Postancyan ona “qumar oyunları” ilə bağlı sual ünvanlamışdı. Sarkisyan bu sualdan nə qədər yayınmağa çalışsa da, qumar oynamadığını sübut edə bilmədi.

Belə məlumatlar var ki, hətta Rusiya prezidenti Vladimir Putin görüşlərin birində Sarkisyana qumar hərisliyini xatırladıb.

“İş ondadır ki, Rusiya prezidenti Putinlə son görüş zamanı Kreml başçısı Sarkisyana onun qumar oyunlarına sevgisi barədə işarə edib. Ardınca Sarkisyan Gömrük İttifaqına qoşulmaq haqda qərar qəbul edib. Bundan duyuq düşən avropalılar isə onlara atan Sarkisyana Postancyan vasitəsilə dərs vermək istəyiblər – kazino söhbətini ortaya atmaqla”, - “Aravot” qəzeti 2013-cü ildə yazırdı.

Qumarbazların hakimiyyəti

Ermənistanda nəşr olunan “Corrord Inknishkhanutyun” qəzeti isə Sərkisyan hakimiyyətini bütövlükdə qumarbazlıqda ittiham edirdi. Qəzet yazırdı ki, Ermənistan hakimiyyətində qumarbazlıq daha geniş yayılıb və onları şüurlu şəkildə həyata keçirirlər.

“Məhz buna görədir ki, Sevan (Göyçə), Saxadzor və Cermukda qumarxanalar yaradılıb. Halbuki Sarkisyan hakimiyyətə gəlməmişdən əvvəl gənclərə əxlaq öyrədəcəkləri və dəyərləri qoruyacaqları barədə pafoslu çıxışlar edirdi. Ermənistan hakimiyyəti dünyada nə qədər “gözəl” işlər varsa, onları təbliğ etməklə məşğuldur. Məsələn, alkoqollu içkilər, siqaret, porno, qumar və s. Bundan artığını onlardan gözləməyə dəyərmi?” – qəzet Serjikin hakimiyyətə gəlişindən iki il sonra – 2010-cu ildə yazırdı.

Ermənistan mediası Sarkisyanın dövlət büdcəsini ailəsinə xərclədiyini də yazırdı. Misal üçün, onun həyat yoldaşı Rita Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Fondu ailənin gəlir mənbələrindən biri idi.

Serj Sarkisyanın biznes imperiyasının idarə edilməsində iki qardaşı - Levon və Aleksandr (Saşika) Sarkisyan da iştirak edirdi.

Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir idi və erməni diasporundan gələn ianələrin mənimsənilməsi, eləcə də Sarkisyanın xarici ölkələrə yatırdığı pulları idarə edirdi. Aleksandr Sarkisyan isə Ermənistanda ən varlı oliqarxlardan biridir. Ona məxsus “Qlendel Xills” inşaat şirkəti Ermənistanda dövlət sifarişləri də daxil olmaqla əsas tikinti işlərini aparırdı. Saşik həmçinin, Serj Sarkisyanın mafia liderləri ilə əlaqələrini yaradırdı. Serj Sarkisyanın qızları - Anuş və Satenikin də lüks həyat sürdükləri, xüsusilə Avropa ölkələrində yaşadıqları haqda çoxsaylı məlumatlar var.

Qaraçının qeyri-qanuni oğlu Serjik 44 günlük müharibə zamanı ortaya çıxdı. Hətta müharibənin gedişində Qarabağa da gəlmişdi və məqsədi proseslərdən istifadə edərək, Ermənistanda yenidən hakimiyyətə yiyələnmək idi. Bu niyyəti baş tutmadı, Azərbaycan ordusu Serjikin “yenilməz ordusu”nu sözün əsl mənasında məhv etdi və Sarkisyan Xankəndidən qaçdı. İndi İrəvanda oturub banlamaqla məşğuldur. Prezident İlham Əliyev azad olunmuş torpaqlardan bu uşaq qatilinin cavabını verdi: “Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən”.

Kişilik və Serjik: bunlar bir-birinə zidd ifadələrdir.

Asif Nərimanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top