Saakaşvili həbsdən tərəfdarlarına səsləndi: "Həbsim şəxsən Putinin sifarişi ilə hazırlanıb"

REGİON 02 okt 2021, 21:23
Gürcüstanın keçmiş prezidenti, ölkəyə qayıdandan sonra dünən həbs edilən Mixail Saakaşvili həbsxanadan tərəfdarlarına məktubla müraciət edib:

“Mənim əziz tərəfdarlarım və dəyərli gürcü cəmiyyəti. Mən hər şeyi Kiyevdə qoyub Gürcüstana gələndə həbs ediləcəyimi bilirdim. Həbsim üçün toplanan bütün ittihamlar tamamilə saxtadır və şəxsən Putinin sifarişi ilə hazırlanıb. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu həbsi tanımayacaq. Amma bütün bunlara baxmayaraq mən qayıtdım! Çünki ölkəmə və Sizin hər birinizə inanıram!

Mən Sizin hər birinizdən seçkidə iştirak etməyi xahiş edirəm. Bir səs belə itirilməsin ki, sonra biz bu qələbəni qeyd edə bilək. Mənim və bütün ölkənin azadlığı bu seçkilərdəki aktivliyinizdən və mübarizənizdən asılıdır. Həmçinin beynəlxalq dəstəkdən. Xahiş edirəm zərrə qədər şübhə etməyin. Sona qədər inanın. Qələbə bizim əlimizdədir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top