Vaksin olunanların sayı açıqlandı

SOSİAL 02 okt 2021, 16:51
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 293, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 337 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 683 990, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 794 136, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 889 854 təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top