Qafan-Gorus yolunda Ermənistan və İran maşınlarına daha bir QADAĞA

GÜNDƏM 02 okt 2021, 13:10
Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub. 
 
Bu haqda "Hraparak” nəşri məlumat yayıb.
 
Yeni qadağa ondan ibarətdir ki, Ermənistan və İrandan gələn maşınlar yalnız  gündüz saatlarında və bir saatdan bir buraxılır.  Bu barədə oktyabrın 1-də erməni jurnalistlərə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan da danışıb.
 
"Azərbaycan hərbçiləri bir saat ərzində maşınları girişdə toplayır və yalnız 1 saat tamam olduqdan sonra onlar Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçirlər. Dünən  Vorotana(Urud-S.L.) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və  artıq keçməyimə icazə vermədilər. Nəticədə  1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum" –deyə erməni keşiş bildirib.
 
Xatırladaq ki, Azərbaycan ordusu və polisi avqustun 25-dən etibarən Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsini bağlayıb və müvafiq qurumların əməkdaşları tam qanuni və haqlı olaraq buradan keçən xarici ölkə, o cümlədən İran və Ermənistan avtomobillərinin sənədlərini və yüklərini yoxlayır. Həmin gündən etibarən də işğalçı Ermənistan və İran rəhbərliyi buna haqsız olaraq etirazlarını  bildirirlər...
 
Keçən müddət ərzində Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisindəki  separatçı-terrorçu rejim üçün qanunsuz olaraq yük aparan bir neçə iranlı sürücü saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top