Azər Badamov: “Fərqli dinlərin və etnik qrupların nümayəndələri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazıb”

DAXİLİ SİYASƏT 30 sen 2021, 11:48

27 sentyabr Anım Günü respublikamızın hər yerində böyük ehtiram hissi ilə yad edilib. Anım Günü ilə bağlı diqqət çəkən məqamlardan biri də bu günün qeyri-islam inancına sahib vətəndaşlarımız, dini icmalar tərəfindən də yüksək səviyyədə qeyd edilməsidir.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə "Giləki" sinaqoqunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib, tədbirdə qəsəbə sakinləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bundan başqa, Alban-Udi xristian dini icmasının üzvləri Laçın rayonunda yerləşən "Ağoğlan" məbədində şəhidlərimizin Anım Günü münasibətilə dini ayinlər icra ediblər. Hansı ki, bu tədbir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu nun təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilib.

Şəhidlərimizin xatirəsinin ölkəmizdəki qeyri-müsəlman dini icmaları tərəfindən də ehtiramla yad edilməsi ölkəmizdə tolerantlıq və multikulturalizmin yüksək səviyyədə öz əksini tapmasının, dinindən asılı olmayaraq ölkəmizdəki bütün vətəndaşların doğma Azərbaycana bağlılığının isbatı sayıla bilərmi? Bütün dini icmalara eyni dərəcədə qayğı və həssaslıqla yanaşan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu yöndəki fəaliyyətini necə dəyərləndirilə bilər?

Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Anım Gününün müxtəlif dini icmalar tərəfindən qeyd edilməsini ölkəmizdəki milli bilik və həmrəyliklə əlaqələndirib:

“27 sentyabr Anım Gününü dini və etnik mənsubiyyətindən asıllı olmayaraq hamı qeyd etdi, şəhidlərin anaraq xatərəsinə ehtiramını bildirdilər. Anım Günündə müxtəlif dini icmaların ibadət yerlərində şəhidlərin ruhuna dualar oxundu. Ölkəni, vətənini sevən elə bir şəxs olmadı ki, şəhidlərin xatirəsini yad etməsin. Biz mərd oğullarımızn igidliklərini hər zaman xatırlayacağıq, yaddaşlarımızda əbədi yaşadacağıq.

Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə yüksək milli birlik və həmrəylik formalaşmışdır. 44 günlük Vətən müharibəsində də son dərəcə sarsılmaz və möhkəm olan bu birliyi, bu həmrəyliyi bütün dünya gördü. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin hamısı müharibədə bir nəfər kimi çiyin-çiyinə dayanaraq sinəsini gülləyə verib qəhrəmanlıq səlnaməsini yazıblar. Azərbaycanda yaşayan hər bir kəs, onun etnik və dini mənsubiyyətindən asıllı olmayaraq, öz vətəni ilə fəxr edir, düşmənlərə qarşı amansız mübarizəyə hər zaman hazırdırlar. Dövlətin yürütdyü tolerant və multukural siyasəti sayəsində hər bir kəs özünü qüdrətli ölkənin xoşbəxt vətəndaşı olduğunu hiss edir, Ali Baş Komandanın hər bir tapşırığının can-başla icra etməyinə hər zaman hazırdırlar. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də təqdir edilməli, alqışlanmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top