Sosial

Koronavirusa yoluxan sabiq deputatın vəziyyəti necədir?

Koronavirusa yoluxan sabiq deputatın vəziyyəti necədir?

Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov koronavirusa yoluxub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, COVID-19-a yoluxan Raəfael Cəbrayılov öncə qapalı tipli xəstəxanaya, daha sonra isə özəl xəstəxanalardan birinə köçürülüb.

Həkimlər sabiq deputatın durumunu stabil-ağır olaraq dəyərləndirirlər.

Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

D
demokrat.az