“Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib”

SOSİAL 29 sen 2021, 22:15
“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki dozada vaksinasiya olunacaq”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

“Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top