Ağstafa xəstəxanasında saxta COVID pasportu verilməsi aşkarlanıb

SOSİAL 29 sen 2021, 14:45
“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVID-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Prokurorluqdan  verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top