Atakule qülləsində üzərində Azərbaycan bayrağı — FOTO

XARİCİ SİYASƏT 27 sen 2021, 23:42
Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

İşıq şou yerli kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb./Azərtac


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top