Prezident Xankəndi ermənilərinin Azərbaycan dövlətindən iş istəməsindən danışdı — Demokrat.az da yazmışdı...

QARABAĞ 27 sen 2021, 15:45
Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində toxunduğu mühüm məqamlardan biri də Qarabağda yaşayan ermənilərin Azərbaycandan iş istəməsi ilə bağlı idi. 

Dövlət başçsı bildirdi ki, Qarabağda yaşayn ermənilər Şuşada Azərbaycan hərbi mövqelərinə gələrək, onları işə götürməyi xahiş edib. Əlavə edib ki, bu haqda mediada da məlumatlar yayılır.

Prezidentin bu informasiya haqqında danışması Azərbaycan mediası və “Demokrat.az” saytı olaraq bizim üçün işimizə verilən ən yüksək qiymətdir. Bu, həm də dövlət başçısının yerli medianı izlədiyinin növbəti sübutlarından biridir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayan ermənilərin iş arxasınca Şuşaya gəlməsi haqda informasiyanı “Demokrat.az” yayımladı.
 


Saytının rəhbəri Vasif Həsənli Şuşa səfəri zamanı bu mühüm informasiyanı əldə edib. Bu informasiyanı yaydıqdan sonra həm Türkiyə, həm Rusiya, həm də rusdilli mediada tirajlandı. Ermənilər faktı təkzib etməyə çalışdılar, lakin informasiyanın geniş şəkildə yayılması Qarabağda səfalət içində yaşayan digər ermənilərə də çıxış yolunun nə olduğunu anlamağa şərait yaratdı.

Misal üçün, bir qadının övladları ilə birlikdə Şuşaya yaşamaq və işləmək üçün gəldiyi məlumatını separatçl-terrorçu rejimin özü belə gizlədə bilmədi. Həmin qadını sülhməramlılar yolun yarısından geri qaytarmışdı. Amma artıq proses başlanıb deyə bilərik və bu prosesin başlanmasında kiçik də olsa bizim də əməyimiz görünür.



Əməyimizə ən yüksək qiymət isə Prezident İlham Əliyevin bu haqda danışması oldu...

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top