Xankəndi erməniləri Azərbaycan dövlətinə müraciət etdi: "Bizi vətəndaşlığa qəbul edin, işləyək" — EKSKLÜZİV

QARABAĞ 20 avqust 2021, 12:50
Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, ermənilər Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Daha sonra ermənilər Azərbaycan dövlətindən iş istəyiblər.

No description available.

"Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin", - deyə ermənilər Azərbaycan hərbiçilərindən xahiş ediblər.

Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər.

Daha sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar.



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top