Abşeronda 27 sentyabr - Anım Günü qeyd edildi — FOTOLAR

SOSİAL 27 sen 2021, 16:57
Abşeron rayonunda 27 sentyabr - Anım Günü qeyd edilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, deputat Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Demokrat.az xəbər verir ki, iştirakçılar əvvəlcə rayon ərazisində geniş ağacəkmə aksiyası keçiriblər. 520 ədəd şam və zeytun ağacları əkilib. Bundan sonra iştirakçılar Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsi anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış “Şəhidlərin xatirəsinə” Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Abşeron rayon Mədəniyyət Mərkəzinin hazırladığı bəii hissə ilə davam etdirilib. İncəsənət nümayəndələrinin hazırladığı müxtəlif nömrələr, vətənpərvərlik şeirləri və mahnıları oxunub.

Sonda İ.Gülməmmədova şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, açıq hava və ağac şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top