Bakıda küçədə yıxılan gəncin gözü kor oldu

HADİSƏ 27 sentyabr 2021, 11:32
Bakıda bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İsmayılov Elməddin İlham oğlu ehtiyatsızlıqdan yıxılaraq göz nahiyəsi yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yaralı dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra müəyyən olunub ki, E. İsmayılovun bir gözü görmə qabiliyyətini itirib.

Hazırda xəstə həkim nəzarətindədir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top