Şəhid Elvin Abasovun xatirəsi yad edildi — FOTO/VİDEO

SOSİAL 25 sen 2021, 19:33
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igidlərimizin xatirələrinin yad edilməsi, onları tanımaq və tanıtmaq məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz” silsiləsindən daha bir tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhid Elvin Səxavət oğlu Abasovun xatirəsi anılıb.

Tədbirdə şəhidin ailə üzvləri, müəllimləri, dostları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyev və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Çıxış edənlər şəhidin şərəfli həyat və döyüş yolundan söz açıb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə E.Abasov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin anası Bahar Abasova çıxış edərək övladının xatirəsini əziz tutduqlarına görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Sonra E.Abasovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top