Anım günü münasibətilə Füzulidə şəhid məzarları ziyarət edildi — FOTOLAR

SOSİAL 25 sen 2021, 18:15
Anım günü münasibəti ilə Füzuli rayonunda şəhid məzarlarının ziyarəti davam etdirilib.

Azərbaycan Respublikası Prezidentinin “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Füzuli rayon ərazisində dəfn olunan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarının ziyarəti bu gün də davam etdirilib. Ziyarət iştirakçıları şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, tər qərənfillər düzüb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıblar.

İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.



Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top