“TÜRKSOY Media Mükafatı”nın qalibləri ilə görüş keçirildi — FOTOLAR

MEDİA 25 sen 2021, 16:18
Bu gün Milli İnsənət Muzeyində “TÜRKSOY Media Mükafatı”na layiq görülən media nümayəndələri və təltif olunan şəhid jurnalistlərin yaxınları ilə görüş keçirilib.

Demokrat.az xəbər verir, tədbirdə şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə iştirak edib.

Ə.İsmayılov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə həqiqətlərin dünyayay çatdırılmasında Azərbaycanla yanaşı, türk dövlətlərinin də media nümayəndələri aktiv iştirak edib: "Medianın İnkişaf Agentliyi olaraq bütün jurnalistlər adından sizlərə təşəkkür edirik. Müharibə bitdi, ancaq müharibədən sonrakı dövrdə də dezinformasiya və təbliğatlara qarşı siz də bizimlə bir yerdəsiniz. İstəyirik, biləsiniz ki, Bakı, Azərbaycan sizin üçün doğma vətəndir".

Daha sonra jurnalistlərlə sual- cavab sessiyası olub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top