Bu vəzifəli şəxs işdən azad olundu


SOSİAL 24 sen 2021, 18:34
Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.
 
Universitetdən  verilən məlumata görə, AzTU-nun Karyera Mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib. Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.
 
Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top