Tanınmış cərrah süni tənəffüs aparatından ayrıldı

SOSİAL 24 sen 2021, 12:37
Koronavirusa yoluxmuş tanınmış cərrah Niyazi Eminov süni tənəffüs aparatından ayrılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının reanimatoloqu Sevda Quliyeva paylaşım edib. Həkimin sözlərinə görə, hazırda N. Eminovun müalicəsi davam edir. 

Xatırladaq ki, N. Eminov sentyabrın 20-də “Yeni Klinika”dan Mərkəzi Gömrük Hospitalına köçürülüb. Niyazi Eminovun ağciyərlərində 90 faizədək buzlaşmanın müşahidə olunduğu bildirilirdi. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top