Lahıc qəsəbəsində "Kənd turizmi" yaradılır — FOTOLAR


TURİZM 20 sen 2021, 15:13
Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir  keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün  tikilmiş 3 ədəd kotecin açılışı olub. 

Demokrat.az xəbər verir ki, pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir.

Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.

Bir təbiət, yol, ağac və dağ şəkili ola bilərBir açıq hava və ağac şəkili ola bilərBir təbiət və ağac şəkili ola bilərBir açıq hava və ağac şəkili ola bilərBir ağac və açıq hava şəkili ola bilərBir səma, təbiət və ağac şəkili ola bilərBir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar, şar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, açıq hava və ağac şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top