Ermənistanda Rusiya vətəndaşı saxlanıldı

REGİON 19 sentyabr 2021, 00:16
Ermənistan Polisinin Operativ İdarəsinə banklardan birinin paytaxt Yerevanın Baqramyan prospektindəki filialında siqnalizasiyanın işə düşməsi barədə məlumat daxil olub.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə yerinə gedən polis əməkdaşıarı bankın filialının şüşəsinin sındırıldığını, həmçinin zalda bir kişini aşkarlayıblar. Binaya daxil olan polis əməkdaşları onu zərərsizləşdiriblər. Bundan sonra əraziyə təcili yardım çağırılıb və o, tibb mərkəzinə aparılıb.

Araşdırmalar zamanı həmin şəxsin Rusiya vətəndaşı, 31 yaşlı Stanislav K. olduğu müəyyənləşdirilib. Məlum olub ki, o, Ermənistana 2 gün əvvəl gəlib.

Fakt üzrə araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top