AzTV və İTV bu gün Şuşadan konsert yayımlayacaq — VİDEO

MƏDƏNİYYƏT 18 sen 2021, 17:10
Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Milli Musiqi Günü münasibəti ilə Şuşada reallaşdırdığı layihə bu axşam AZTV və İctimai TV-də yayımlanacaq.

Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti və tanınmış incəsənət ustalarının ifaları ilə Şuşanın tarixi, mədəni məkanlarında lentə alınan konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri yer alıb. 

Layihənin çəkilişləri Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top