Şuşada qəzaya düşən hərbçi vəfat etdi — FOTO


HƏRBİ 17 sen 2021, 16:31
Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu Ülvi İbrahimov vəfat edib.

Demokrat.az xəbər verir ki, Saatlı rayonunun Qara Nuru kənd sakini İ.İbrahimov sentyabrın 16-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.İbrahimov bir müddət əvvəl Şuşada hərbi avtomobilin aşması nəticəsində yaralanıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.(report.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top