Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı

SOSİAL 16 sen 2021, 23:21
Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.

Demokrat.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.
 
İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.
 
Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş saat 16:10-da, Gəncədən isə saat 18-10-da baş tutacaq.
 
Sərnişinlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top