“Eldar Quliyev hesablasın ki, özü 300-500 manatla dolana bilərmi?”

GÜNDƏM 16 sen 2021, 14:30
“Benzinin qiymətinin artırılması yolverilməz idi. Çünki benzinin bahalaşdırılması digər məhsullar üzərində də qiymət artımına səbəb olur. Pensiyaların, əmək haqlarının aşağı olması - bu ərəfədə kimlərinsə cibini doldurmaqdan ötrü benzinin qiymətinin qaldırılması doğru qərar deyil”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, benzinin qiymətinin qaldırılması xalqın böyük əksəriyyətinin maddi vəziyyətinin pisləşməsinə, bunun qarşılığında kimlərinsə daha yaxşı yaşamasına hesablanıb.

Hafiz Hacıyev əlavə edib ki, Azərbaycan neft ölkəsi olsa da, az qala, hər ay neftin qiymətini qaldırırlar: “Bu, dözülməzdir. Benzinin qiyməti qalxırsa, çörəyin, digər məhsulların da qiyməti artacaq. Qiymət artımı ilə xalqı niyə üsyana qaldırmaq istəyirlər? Onsuz da Azərbaycan hakimiyyətində olan bəzi məmurlar, xaricdən idarəolunan müxalifətlə birləşib inqilab komitəsi yaradır və xalqı inqilaba sürükləməyə çalışırlar. Bunları fikirləşən varmı? Bir ağıllı adam tapılsaydı, oturub fikirləşərdi ki, bu qədər bahalaşma ilə hara gedirik? Xalqa cavab verə biləcəyikmi?”.

H. Hacıyev qeyd edib ki, bəzi deputatlar məsələyə düzgün yanaşmır:

“Eldar Quliyev deyib ki, benzinin 15 qəpik bahalaşması ilə heç kim kasıblaşmaz. O, bunu deməklə səhvə yol verir. O, hamını özünü maddi vəziyyəti ilə müqayisə etməsin. Azərbaycan xalqının orta aylıq əməkhaqqı 300-500 manatdır. Hesablasın ki, özü 300-500 manatla dolana bilərmi”.(reyting.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top