"Ermənilər tərəfindən dağıdılan ərazilərimizdə nə olubsa, hamısının alıcısı, daşıyıcısı İrandır"

GÜNDƏM 16 sen 2021, 13:45
"İranın mövqeyi əvvəldən məlumdur, 30 illik işğal dövründə də İranın Azərbaycana qarşı qərəzli mövqeyi özünü çox qabarıq şəkildə büruzə verib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Deputat İranın növbəti qarayaxma kampaniyasına başladığını, qərəzli mövqe ortaya qoyduğunu qeyd edib:. 

"Ermənilərlə son dərəcə sıx əməkdaşlıq, tərəfdaşlıq, dostluq və qardaşlıq əlaqələri qurub, Azərbaycanın işğal altında olmuş, ermənilər tərəfindən dağıdılan ərazilərdə nə olubsa, hamısının alıcısı, daşıyıcısı İran olub. Bütün tarix boyu İran güclü, müstəqil Azərbaycan görmək istəməyib. Hər zaman zəif, əzilən, işğala məruz qalmış, inkişafdan geri qalan Azərbaycan görmək İranın əbədi arzusu olub. İranın bugünkü hərəkətləri də bunu təsdiq edir. İranın Azərbaycanın dövlət sərhədlərini qeyri-qanuni yollarla keçib Qarabağdakı separatçı rejimə yük daşıması da bunun göstəricisidir".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top