“15 qəpiklə heç kim kasıblamaz” — ​Deputatdan bahalaşmaya reaksiya

GÜNDƏM 15 sen 2021, 21:38
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür".

Demokrat.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, benzinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı başadüşüləndir: "Nəzərə almaq lazımdır ki, bahalaşma ilə yanaşı, ölkədə müsbət istiqamətdə də dəyişiliklər olur. Misal üçün, təqaüdçülərin sosial təminatının yaxşılaşdırılması üçün onların müavinətlərinin artırılması ilə bağlı qərar qəbul edilib. Bu, sevindirici haldır. Lakin benzin qiymətinin qalxması, doğrudan da, təkcə sürücülərə təsir etmir. Yükdaşımaları zamanı məhsulun qiymətinə də təsir edir. Yəni benzinin qiymətinin qalxması, belə demək mümkünsə, elə bütün vətəndaşları narahat edən məsələdir. A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı. Həmçinin, Qarabağın yenidən qurulması və bərpası istiqamətində də ciddi işlər gedir ki, bu da, xərc tələb edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top