Sabiq icra başçısının gözləri tutuldu — Əməliyyat olundu

SOSİAL 15 sen 2021, 14:30
Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı, YAP rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin gözləri tutulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq icra başçısı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilərək, əməliyyat olunub.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Şəmsəddin Xanbabayev bildirib ki, bu gün xəstəxanadan evə buraxılıb: "Gözlərimi mirvari suyu ilə tutuldu. Həkimlərin səyi nəticəsində görmə qabiliyətim nisbətən bərpa olundu. İnşallah tədricən, müalicələrlə düzələcəm”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top